Yığma komandamız Avropa çempionatına Gürcüstanda hazırlaşır
Həndbol üzrə yığma komandamız Avropa çempionatına hazırlaşır.
Federasiyadan "MediaSport"a verilən məlumata görə, avqustun 5-13-də Bakıda keçiriləcək yarışa hazırlaşan 17 yaşadək qızlardan ibarət yığmamız Tbilisidə təlim-məşq toplanışında iştirak edir.
15 həndbolçunun qatıldığı hazırlıq prosesinə baş məşqçi Sergey Kambur və köməkçisi Sakinat Abbasova rəhbərlik edir. Milli komandamızın təlim-məşq toplanışı iyulun 9-dək davam edəcək.
Qeyd edək ki, yığma "A" qrupunda Bosniya və Herseqovina, Sloveniya, Litva və Gürcüstan kollektivləri ilə yarışacaq.