Yubiley Azərbaycan Kubokunda ilk yarımfinalçılar müəyyənləşib

Yubiley Azərbaycan Kubokunda ilk yarımfinalçılar müəyyənləşib

Həndbol üzrə 30-cu Azərbaycan Kubokuna start verilib.

Mediasport.az xəbər verir ki, yarış 1/4 final mərhələsindən başlanıb.

"AHF Arena”da qadınlar arasında keçirilən ilk qarşılaşmada “Kür” və  “Azəryol” komandaları üz-üzə gəliblər. Ölkə çempionu ilə bürünc mükafatçının dueli maraqlı alınıb.

Yekunda “Azəryol” 30:27 hesablı qələbə ilə adını yarımfinala yazdırıb.

1/4 finalın kişilər arasında baş tutan görüşündə isə “Bakı” və “İdman Akademiyası” qarşılaşıb. İkincilər inamlı qələbə (32:21) ilə yarımfinala vəsiqə qazanıblar.