Yığma komandamız Bolqarıstanın ardından Nigeriyaya da uduzdu

Yığma komandamız Bolqarıstanın ardından Nigeriyaya da uduzdu

Kişi həndbolçulardan ibarət Azərbaycan millisi Bolqarıstanın Varna şəhərində inkişaf etməkdə olan ölkələr arasında təşkil edilən Dünya çempionatında növbəti oyununu keçirib.

mediasport.az xəbər verir ki, D qrupunda yer alan yığmamız ikinci matçında Nigeriya seçməsi ilə üz-üzə gəlib. Görüş Afrika təmsilçisinin 35:17 hesablı qələbəsi ilə başa çatıb.

Millimiz ilk oyunda Bolqarıstan yığmasına 19:30 hesabı ilə məğlub olub. Həndbolçularımız qrupda sonuncu oyununu Qvatemalaya qarşı keçirəcəklər. Çempionata aprelin 30-da yekun vurulacaq.