Millimiz Avropa çempionatında 3 qızıl və 1 gümüş medal qazanıb
Azərbaycan Koşiki Karate-do Federasiyasının Kudo üzrə yığma komandası Litvanın Kaunas şəhərində keçirilmiş Avropa çempionatında 3 qızıl və 1 gümüş medal qazanıb.
Mediasport.az xəbər verir ki, 13 ölkənin (Bolqarıstan, Litva, Gürcüstan, Fransa, İtaliya, Ermənistan, Ukrayna, Malta, İngiltərə, Qırğızıstan, Estoniya və İspaniya) iştirak etdiyi turnirə Azərbaycan 5 idmançı ilə qatılıb.
Yarışda Vüsal Əliyev, Kənan İsmayılzadə, Sevinc Mövsümzadə, Rəşad Quliyev və Elbrus Səmədov iştirak edib.
-270 kateqoriyasında çıxış edən Vüsal Əliyev yarımfinalda Estoniya, final döyüşündə isə Litvadan olan idmançılara, -215 (U-19) kateqoriyasında çıxış edən Sevinc Mövsümzadə final qarşılaşmasında Malta idmançısına, -250 kateqoriyasında çıxış edən Elbrus Səmədov yarımfinalda Fransa idmançısına, final döyüşündə isə Ermənistandan olan idmançıya inamla qalib gələrək 1-ci yeri qazanıblar və qızıl medala layiq görülüblər.
-230 (U-19) kateqoriyasında çıxış edən Kənan İsmayılzadə yarımfinal döyüşündə ingiltərəli idmançıdan üstün olub, yalnız finalda Gürcüstan idmançısına uduzaraq gümüş medalla kifayətlənib.