Azərbaycan karateçisi Yaponiyada 5-ci dəfə dünya çempionu olub

Azərbaycan karateçisi Yaponiyada 5-ci dəfə dünya çempionu olub

Azərbaycan karateçisi Musa Musazadə karyerasında 5-ci dəfə dünya çempionu adını qazanıb.

Mediasport.az xəbər verir ki, idmançımız Yaponiyanın Matsuyama şəhərində keçirilən Aşihara növü üzrə mundialda çempion olub.

60 kq çəki dərəcəsində mübarizə aparan M.Musazadə bütün rəqiblərinə qalib gəlib.

14-15 yaşlı idmançıların yarışında Vüsal Abbasov və Əfsər Atakişiyev fəxri kürsünün ikinci pilləsinə qalxıblar. Digər karateçi Fərman Rəhimov isə dünya çempionatını bürünc medalla başa vurub.