Mərakeşdə keçiriləcək Premyer Liqada yalnız Zaretska olacaq

Mərakeşdə keçiriləcək Premyer Liqada yalnız Zaretska olacaq

12-14 may tarixlərində Mərakeşin paytaxtı Rabat şəhərində karate üzrə Premyer Liqanın ikinci turniri keçiriləcək.

mediasport.az xəbər verir ki, Azərbaycanı yarışda yalnız bir idmançı ilə təmsil olunacaq.

Milli komandamızın lideri, ikiqat Dünya çempionu və Avropa çempionu İrina Zaretska qüvvəsini sınayacaq. Olimpiya Oyunlarının gümüş mükafatçısı 68 kq çəki dərəcəsində yarışacaq.

27 yaşlı idmançı bu il Misirin paytaxtı Qahirədə keçirilən Premyer Liqanın ilk mərhələsində bürünc medal qazanıb, ardınca Qvadalaxarada təşkil edilmiş Avropa çempionatının gümüş medalçısı olub.