Komitənin şöbə müdiri İBSA-nın icraçı direktoru təyin edilib
Azərbaycan Milli Paralimpiya Komitəsinin Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Rüfət Hacılıya yüksək vəzifə verilib.
Mediasport.az xəbər verir ki, o, Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyasının (İBSA) icraçı direktoru təyin edilib.
R.Hacılının beynəlxalq səviyyədə məsul vəzifəyə təyinatı İBSA-nın İdarə Heyətinin onlayn formatda keçirilən son iclasında reallaşıb.
İBSA özündə 120 ölkədən çox üzvü birləşdirən görmə məhdudiyyətli şəxslərin ən böyük idman təşkilatıdır.
Assosiasiya 10 idman növünün koordinasiyası ilə məşğuldur - bunlardan üçü paralimpiya üzrə paracüdo, qolbol və futbol idman növləridir.