Xaçmaz klubundan ölkə çempionatında ardıcıl 4-cü qələbə
Sumqayıt Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının 5-ci turu çərçivəsində daha bir oyun keçirilib.
Mediasport.az xəbər verir ki, meydan sahibi "Xırdalan" "NTD-İndiqo" ilə qarşılaşıb.
Xaçmaz təmsilçisi mövsümdə ardıcıl ardıcıl 4-cü qələbəsini qazanıb - 96:86. Matçın ən məhsuldar basketbolçuları "Xırdalan"dan Cakori Arçi (24 xal, 8 ribaund), "NTD-İndiqo"dan Cared Smol (24 xal, 4 ribaund) olublar.
Turun "Cəlilabad" - "Sumqayıt", "Neftçi - "Sabah" və "Şəki" - "Xəzri" görüşləri bu gün və sabah oynanılacaq.