Bədii gimnastlarımız "San Marino Cup" turnirində 7 medal qazandılar

  Bədii gimnastlarımız "San Marino Cup" turnirində 7 medal qazandılar

San Marino Respublikasında bədii gimnastika üzrə keçirilən "San Marino Cup" beynəlxalq turnirində Azərbaycan millisinin üzvləri uğurlu çıxış ediblər.

Mediasport.az xəbər verir ki, gənc fərdi gimnast ⁠Şəms Ağahüseynova qızıl (lent) və gümüş (çoxnövçülük) medal qazanıb.

Böyük fərdi gimnast İlona Zeynalova halqa, çoxnövçülük və top üzrə gümüş, lent və gürzlər üzrə yarışda bürünc medala yiyələnib.