Kubok azarkeşlərə təqdim edildi: Bax və şəkil çəkdir - DÇ-2022

Kubok azarkeşlərə təqdim edildi: Bax və şəkil çəkdir - DÇ-2022

3 gün sonra Qətərdə start götürəcək Dünya çempionatının kuboku təqdim olunub.

mediasport.az xəbər verir ki, yerli, həmçinin dünyanın müxtəlif ölkələrindən gəlmiş azarkeşlərə mundialın əsas mükafatına yaxından baxmaq, toxunmaq və şəkil çəkdirmək imkanı yaradılıb.

İlk dəfə payız-qış mövsümündə keçiriləcək Dünya Kuboku yarışı dekabrın 18-da başa çatacaq.