Dünya çempionatının ikinci finalçısı İngiltərə yığması oldu

Dünya çempionatının ikinci finalçısı İngiltərə yığması oldu

Yeni Zelandiya və Avstraliyanın birgə təşkilatçılığı ilə keçirilən qadınlar arasında dünya çempionatında ikinci finalçı müəyyənləşib.

mediasport.az xəbər verir ki, yarımfinalda Avstraliyanı 3:1 hesabı ilə üstələyən İngiltərə millisi həlledici qarşılaşmaya vəsiqə qazanıb.

Britaniyalılar avqustun 20-də finalda İspaniya ilə üz-üzə gələcəklər.

Avqustun 19-da isə Avstraliya üçüncü yer uğrunda matçda İsveçlə qarşılaşacaq.