Cənubi Koreya və Portuqaliya 1/8-də, Uruqvay qrupda qaldı - DÇ-2022

Cənubi Koreya və Portuqaliya 1/8-də, Uruqvay qrupda qaldı - DÇ-2022

Dünya Kubokunda az əvvəl başa çatan H qrupunun son tur oyunlarının ardından daha iki millinin 1/8 finala çıxışı rəsmiləşib.

mediasport.az xəbər verir ki, pley-offa vəsiqəni vaxtından əvvəl təmin edən Portuqaliya yığmasına qalib gələn Cənubi Koreya paralel keçirilən Qana - Uruqvay oyununda qələbə qazanan canubi amerikalıların sevinməsinə imkan verməyərək mərhələ adlamağın xoşbəxtliyini yaşayıb.

Asiya və Amerika təmsilçilərinin xalları bərabər olsa da, daha yaxşı top fərqinə görə mərhələni keçən cənublular olublar.


Dünya Kuboku-2022. Final mərhələsi. 3-cü Tur

H qrupu


Qana – Uruqvay 0:2

Qollar: Corcian de Arraskaeta, 26; 32.

Baş hakim: Daniel Zibert (Almaniya).

“Əl-Janoub” stadionu.


Cənubi Koreya – Portuqaliya 2:1

Qollar: Kim Yunq Qvon, 27. Hvanq Hi-Çan, 90+1 – Rikardo Horta, 5.

Baş hakim: Fakundo Telyo (Argentina).

“Edyukeyşn Siti” stadionu.

Xallar: Portuqaliya – 6. Cənubi Koreya – 4. Uruqvay – 4. Qana – 3.