Milli komandalarımızın olimpiada yolundakı rəqibləri müəyyənləşib

Milli komandalarımızın olimpiada yolundakı rəqibləri müəyyənləşib

Qadın basketbolçulardan ibarət 3x3 milli komandamız Paris-2024 Yay Olimpiya Oyunları təsnifat qruplarındakı rəqibləri bəlli olub.

Mediasport.az xəbər verir ki, 12-14 aprel tarixlərində baş tutacaq matçlarda yığmamız B qrupunda Niderland, Monqolustan və Çili komandaları ilə qarşılaşacaq.

Honkonqda keçiriləcək kişilərin mübarizəsində qruplarda ilk iki pilləni tutmuş komandalar təsnifat mərhələsinin yarımfinalına vəsiqə qazanacaqlar. Yarımfinallarda qalib olmuş komandalar finala, finalda qələbə qazanmış kollektiv Olimpiadaya vəsiqəni təmin edəcəklər.

İkinci təsnifat oyunları 16-19 may tarixlərində Macarıstanın Debretsen şəhərində baş tutacaq. A qrupunda qərarlaşan qadınlardan ibarət milli komandamız Almaniya, Polşa və Tunis yığmaları ilə üz-üzə gələcək.

16 komandanın iştirak etdiyi ikinci təsnifat mərhələsində, qruplarda ilk iki yeri tutmuş komandalar 1/4 finala vəsiqə qazanacaqlar.

Xatırladaq ki, 8 komanda arasında keçiriləcək ilk təsnifat oyunlarında millimiz çempion olarsa, Olimpiya Oyunlarına vəsiqəni təmin edəcək və artıq ikinci təsnifat oyunlarında iştirak etməyəcək.