10 idmançımız beynəlxalq yarışda iştirak üçün Gürcüstana yollanıb
Azərbaycanın stolüstü tennisçiləri daha bir beynəlxalq yarışda iştirak edəcəklər.
Mediasport.az xəbər verir ki, Gürcüstanda təşkil olunan "WTT Youth Contender" 10 idmançımız mübarizə aparacaq.
Yarışda baş məşqçi Mixail Timofeyev və məşqçi Səbinə Əzizlinin rəhbərliyi ilə Adil Əhmədzadə, Rüstəm Hacılı, Hüseyn Eylazov, Onur Quluzadə, Tunar Bağırov, Mərziyyə Nurmətova, Arzu Aslanova, Aylin Əsgərova, Yağmur Məmmədli, Şəbnəm Mansurova yarışacaqlar.
Batumidəki beynəlxalq yarışa 29 sentyabrda yekun vurulacaq.