Azərbaycan çempionatında 100-ə yaxın idmançı çıxış edib

Azərbaycan çempionatında 100-ə yaxın idmançı çıxış edib

Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) birgə təşkilatçılığı ilə Mingəçevirdə keçirilən Azərbaycan çempionatı başa çatıb.

Mediasport.az xəbər verir ki, “Kür” Olimpiya Tədris-İdman Mərkəzində baş tutan yarışın ikinci günündə idmançılar kayak və kanoe növlərində mübarizə aparıblar.

Qeyd edək ki, Azərbaycan çempionatında Bakıdan və Mingəçevirdən olan 100-ə yaxın idmançı çıxış edib.

İştirakçılar iki gün ərzində akademik avarçəkmə, həmçinin kayak və kanoe növlərində yarışıblar.

Qaliblər medal və diplomla mükafatlandırılıblar. Fərqlənən idmançılar oktyabrda təşkil ediləcək beynəlxalq Mingəçevir Reqatasında mübarizə aparmaq şansı qazanıblar.