Lənkəran təmsilçisi Azərbaycan millisinin üzvünü heyətinə qatdı
Yeni mövsüm Azərbaycan Basketbol Liqasında debüt edəcək "Lənkəran" klubu daha iki oyunçunun keçidini rəsmiləşdirib.
Mediasport.az xəbər verir ki, cənub təmsilçisi Rəşid Abbasov və Varid Ağasızadənin ardından Mirməcid İsmayılovla Zumrat Ankbazovu heyətinə qatıb.
"Gəncə" və "Sərhədçi"də oynamış 19 yaşlı İsmayılov ampluaca hücumçudur.
Müdafiəçi mövqeyində oynayan Ankbazovun son klubu "Şəki" olub. O, Azərbaycanın U-20 komandasının üzvüdür.