"Sabah"ın finaldakı rəqibi məlum olacaq - Azərbaycan Basketbol Liqası

"Sabah"ın finaldakı rəqibi məlum olacaq - Azərbaycan Basketbol Liqası

Bu gün Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinin son oyunu keçiriləcək.

mediasport.az xəbər verir ki, NTD və "Gəncə" seriya çərçivəsində üçüncü oyununa çıxacaq.

“Sərhədçi” İdman Kompleksində baş tutacaq görüş saat 19:30-da başlanacaq. Ümumi hesab bərabərdir - 1:1.

Qalib finalda "Sabah"la qarşılaşacaq.