“Fənərbağça”da ciddi itki

“Fənərbağça”da ciddi itki

“Fənərbağça Beko”nun basketbolçusu Tayler Dorseyin ayaq sümüyündə qırıq aşkarlanıb.

Mediasport.az xəbər verir ki, bu barədə klub açıqlama yayıb. İstanbul təmsilçisi basketbolçunun 2 gün öncə zədə aldığını bildirib:

“Oyunçumuz Dorsey oktyabrın 13-də “Valensiya Basket”lə keçirilən oyunda sağ ayağından zədə alıb. Müayinələrdən sonra onun ayaq sümüyünün qırıldığı müəyyənləşib. Tezliklə basketbolçumuzun sağalmasını arzu edirik”.