18 il sonra Bakıda ilk avrokubok oyunu - FİBA Avropa Kuboku
“Sabah” basketbol komandası bu gün FİBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti oyununa çıxacaq.
Mediasport.az xəbər verir ki, Azərbaycan çempionu qrupun ikinci matçı çərçivəsində Bakıda Türkiyənin “Bağçaşəhər” komandasını qəbul edəcək.
Bu oyun Azərbaycan basketbol klublarının 18 illik fasilədən sonra evdə ilk avrokubok görüşü olacaq.
“Sərhədçi” İdman Mərkəzində keçiriləcək qarşılaşma saat 19:00-da başlanacaq.
Təmsilçimiz ilk sınağında Monteneqroda “Mornar”a 75:80 hesabı ilə məğlub olub.