Millimiz Avropa çempionatında Ermənistan yığması ilə üz-üzə

Millimiz Avropa çempionatında Ermənistan yığması ilə üz-üzə

Bu gün 16 yaşadək basketbolçu qızlar arasında Avropa çempionatının C divizionunun oyunlarına start veriləcək.

Mediasport.az xəbər verir ki, Cəbəllütariqdə təşkil olunacaq yarışın qrup mərhələsində I turun matçları baş tutacaq.

A qrupunda yer alan Azərbaycan yığması turnirdə ilk görüşünü Ermənistana qarşı keçirəcək.

Qrupun digər duelində Gürcüstanla Kipr qarşılaşacaq.

Millimizin baş məşqçisi Evren Alkaya və köməkçisi Aygün Eynullayeva heyətə Aylin Əkbərzadə, Leyla Allahverdiyeva, Nəzrin Almazova, Dəniz Gokçöl, Mədinə Məmmədova, Angelina İsmayılova, Ayan Aslan, Sofiya Kərimova, Sitarə Abbasova, Aylin Niftəliyeva, Nigar Maysarova, Vanesa Çokarovanı daxil edib.

Yığmamızın digər qarşılaşmaları sabah saat 12:30-də Gürcüstan, ayın 11-də isə saat 12:30-də Kipr seçmələri ilə olacaq.


U-16 (qızlar) Avropa çempionatı. C divizionu. A qrupu. 1-ci tur


15:00. Ermənistan – Azərbaycan

Cəbəllütariq. “Tersentenari” İdman Zalı