"Sumqayıt"ın futbolçusu Azərbaycan yığmasına qarşı
"Sumqayıt"ın futbolçuları Erik Sorqa, İsa Suliman və Kasimir Ninqa müvafiq olaraq Estoniya, Pakistan və Çad milli komandalarının heyətinə dəvət edilib.
Mediasport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Sorqanın şərəfini qoruduğu Estoniya millisi oktyabrın 13-də Azərbaycanı qəbul edəcək.
Qeyd edək ki, Azərbaycanla Estoniya arasında Bakıda keçirilmiş ilk matç 1:1 hesabı ilə yekunlaşıb.