Tomasson Azərbaycan oyun haqda: "Sabah mütləq qalib gəlməliyik"

Tomasson Azərbaycan oyun haqda: "Sabah mütləq qalib gəlməliyik"

İsveç millisinin baş məşqçisi Yon Dal Tomasson UEFA Millətlər Liqasının qrup mərhələsinin Azərbaycanla oyunundan öncə baş tutan mətbuat konfransında iştirak edib.

Mediasport.az xəbər verir ki, 48 yaşlı çalışdırıcı yaxşı futbol oynadıqlarını söyləyib:

"Düzgün istiqamətdə irəliləyirik. Sabahkı matçda komandamdan qələbə gözləyirəm. Futbolçularımız sabah qürurla çıxış edəcəklər. Komandamızın bütün üzvləri qələbəyə köklənib. Azərbaycan millisi doğma meydanda çox yaxşı çıxış edir".

Tomasson daha sonra jurnalistlərin suallarını cavablandırıb:

Məşq prosesi necə gedir?

- Bəzi oyunçular milliyə gec qoşuldular. Rəqibin və öz oyunumuzla bağlı müzakirələrimiz olub. Sabah yaxşı futbol oynayıb, düzgün yanaşmaq istəyirik. Daha yaxşı olmalıyıq.

Sabah isti hava necə təsir edəcək?

- Sabah soyuq da ola bilərdi. Havanın tempreturunun oyuna təsir edəcək faktor kimi görmürəm.

Dörd oyun keçirmisiz, üç məğlubiyyət almısız, bir qələbəniz var. Siz nəyisə dəyişə bilmisiz?

- Doğrudur, yeni başlamışıq, gündən-günə daha yaxşı oynayırıq. Bu nəticələrin digər səbəbləri də komandada fərqli oyunçuları sınaqdan keçirməyimizdir. Önəmli olan düzgün istiqamətdə irəliləyirik. Sabah mütləq qalib gəlməliyik. Komandamdan sabahkı oyunda istək, emosiya gözləyirəm. Həmçinin qüururla çıxış etməlidirlər. Millidə oynayırlar. Soyuqqanlı olmaq, düzgün qərarlar vermək lazımdır. Oyuna maksimum köklənmək lazımdır. Hazırda çalışdırdığım komanda yaxşı kollektivdir.

Azərbaycan futbolu və Azərbaycan millisi haqda hansı məlumata sahibsiz?

- Son period ərzində rəqibin bütün oyunlarını izləmişik. Azərbaycan evdə yaxşı oynayır. Avstriya və Belçika matçlarında demək olar ki, qol buraxmadınız. İsveçi 3:0 məğlub etdilər. Sabah belə nəticənin olmamasına çalışacağıq. İstəyirik ki, qalib gələk.

Fernandu Santuşun komandaları daim ultramüdafiə olunurlar. Sabahkı oyunda iki hücumçu ilə oynayacaqsız?

- Məqsədimiz futbol oynamaqdır. Daha çox hücumameyilli futboldan söhbət gedir. Federasiya ilə danışığımız da belə olur. Mən, komandam istəyir. Hücumla hər şey bitmir. Gərək düzgün balans tapaq. Sabahkı oyunumuzun kapitanı Deyan Kuluşevski olacaq.

Azərbaycan - İsveç oyunu sabah, 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.