U-21 Macarıstana uduzdu
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası beynəlxalq yoldaşlıq oyunu çərçivəsində Macarıstan yığması ilə qarşılaşıb.
mediasport.az xəbər verir ki, Samir Əliyevin baş məşqçisi olduğu komanda qapısından 3 cavabsız top buraxıb.
İlk hissə qolsuz başa çatsa da, macarlar fasilədən sonra 3 qol vurublar. U-21 növbəti oyununu noyabrın 20-də isveçli yaşıdlarına qarşı keçirəcək.