Mahir Emreli RƏSMƏN "Konyaspor"da

Mahir Emreli RƏSMƏN "Konyaspor"da

"Konyaspor" Zaqreb "Dinamo"sundan Mahir Emrelini transfer etdiklərini açıqlayıb.

mediasport.az xəbər verir ki, bu barədə Türkiyə Superliqası təmsilçisinin rəsmi saytı məlumat yayıb.

26 yaşlı hücumçu mövsümün sonunadək icarə əsasında "ağ-yaşıllar"ın formasını geyinəcək. "Konyaspor" Mahirlə birlikdə "Mançester Siti"dən 26 yaşlı yarımmüdafiəçi Marlos Morenonu da mövsümün sonuna qədər icarəyə götürüb.

Məlumatda bildirilir ki, hər iki futbolçu üçün bugünlərdə Konya Şəhər Stadionunda imza mərasimi təşkil olunacaq.