"Qarabağ" və "Sabah"ın üzvləri Serbiya ilə oyun üçün çağırıldılar

"Qarabağ" və "Sabah"ın üzvləri Serbiya ilə oyun üçün çağırıldılar

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.

Mediasport.az xəbər verir ki, UEFA Millətlər Liqasının qrup mərhələsində İsveç (1:3) və Slovakiya (0:2) ilə oyunlarında iştirak ərizəsində yer alan "Sabah"ın qapıçısı Yusif İmanov və "Qarabağ"ın hücumçusu Nəriman Axundzadə U-21-in heyətinə cəlb olunublar.

U-21 sentyabrın 10-da Avropa çempionatının seçmə mərhələsi çərçivəsində "Dalğa Arena"da Serbiya yığması ilə qarşılaşacaq.