Vüsal İsgəndərli "Eqnatia"dan ayrılaraq Türkiyə klubuna keçib
Azərbaycanlı futbolçu Vüsal İsgəndərli karyerasını Türkiyədə davam etdirəcək.
Mediasport.az xəbər verir ki, o, Albaniya "Eqnatia"sından "Boluspor"a keçib.
28 yaşlı hücumçu ilə 1,5 illik müqavilə imzalanıb.
"Boluspor" 1-ci liqada 17 turdan 22 xalla 10-cu pillədə qərarlaşıb.
İsgəndərli 2023-cü ilin iyulundan "Eqnatia"da oynayırdı.