"Dünya çempionatının Bakıda təşkil olunması sevindirici haldır"
"Dünya çempionatının seçmə mərhələsinin Bakıda təşkil olunması sevindirici haldır".
MediaSport.az xəbər verir ki, bu sözləri çimərlik futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Zeynal Zeynalov deyib.
Mütəxəssis bildirib ki, bu yarış bizim üçün böyük əhəmiyyət kəsb edir: "Düşünürəm ki, milli komandamız bu yarışda uğurla çıxış edəcək və dünya çempionatına vəsiqə qazanacaq".
Qeyd edək ki, iyulun 5-7-də Bakıda dünya çempionatının seçmə mərhələsində reytinqə görə ən yaxşı 13 komanda birincilik uğrunda yarışacaq. Çempionat çərçivəsində iyulun 8-də yarımfinal və pley-off oyunları, iyulun 9-da isə bu mərhələnin qalibini təyin edəcək final matçı keçiriləcək. Azərbaycan yığmasının ilk qarşılaşması Moldova seçməsi ilə iyulun 5-də baş tutacaq.