4 ildir işsiz olan yığmamızın sabiq baş məşqçisi Livanda çalışacaq
2019-cu ilin dekabrında Azərbaycan yığmasından ayrıldıqdan sonra işsiz qalan Nikola Yurçeviç özünə yeni komanda tapıb.
Mediasport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis Livan yığmasını çalışdıracaq.
57 yaşlı məşqçi serbiyalı Aleksandr İliçi əvəzləyib, onunla 2 illik müqavilə bağlanıb.
Qeyd edək ki, Yurçeviç millimizə 2019-cu ilin fevralında təyin edilmişdi.