Mahir Emreli Zaqreb "Dinamo"sundan yola salınacaq?

Mahir Emreli Zaqreb "Dinamo"sundan yola salınacaq?

"Dinamo"nun mövsümün ilk yarısındakı çıxışı Xorvatiya mətbuatında müzakirə edilib.

Mediasport.az xəbər verir ki, "index.hr" portalı Zaqreb təmsilçisinin azərbaycanlı futbolçusu Mahir Emrelidən də söz açıb:

"Bruno Petkoviç zədələnəndə hücumçular haqqında çox danışılırdı. "Dinamo" onsuz tamamilə zərərsiz görünürdü. Yosip Drmiç, Sandro Kulenoviç, Mahir Emreli Petkoviçi əvəz edə bilmədi. Drmiçin müqaviləsinin bitməsinə hələ altı ay qalıb, o, daim zədələrdən əziyyət çəkir. Drmiç də Emreli kimi Sergey Yakiroviçin planlarına daxil deyil. "Dinamo" bu futbolçularla yollarını ayırmaq istəyir".

Xatırladaq ki, Mahirin Xorvatiya çempionu ilə sözləşməsi 2026-cı il iyunun 30-na qədərdir.

Rövşən