Dadaşov bu mövsüm bir daha futbol oynaya bilməyəcək
Azərbaycan milli komandasının sabiq hücumçusu Rüfət Dadaşov mövsümü vaxtından əvvəl başa vurub.
Mediasport.az xəbər verir ki, Berlin “Dinamo”sunun formasını geyinən forvard məşqdə ciddi zədə alıb.
Həkim müayinəsindən sonra 32 yaşlı futbolçunun bu mövsüm bir daha oynaya bilməyəcəyi müəyyənləşib.
Bərpa prosesi gecikən Rüfət komandaya yay aylarında qoşula biləcək.
O, cari mövsüm Almaniya Regional Liqasında 14 qol vurub və Berlin təmsilçisinin bombardiridir.
2013-2019-cu illərdə millimizdə çıxış etmiş Dadaşov 24 oyuna 5 qolla yadda qalıb.