"Sanki bəzi epizodlarda əleyhimizə qərar verildi" - Arif Əsədov
Futbol üzrə Azərbaycan milli komandasının məşqçisi Arif Əsədov "FIFA series - Edition 2024" layihəsi çərçivəsində Bolqarıstanla (1:1) oyundan sonra mətbuat konfransında iştirak edib.
Mediasport.az xəbər verir ki, mütəxəssis futbolçuların meydana istəkli çıxdıqlarını söyləyib:
"Maraqlı oyun alındı. Hər iki komanda yaxşı mübarizə apardı. Bir neçə epizodlardan yararlana bilmədik. Komanda iki görüşdə istədiyimizin 70 faizini verdi".
Arif Əsədov hakimlər haqqında ünvanlanan sualı belə cavablandırıb:
"Sanki bəzi epizodlarda əleyhimizə qərar verildi. Belə hallar komandanı bərkidir. Bu qısa müddətdə istədiklərimi futbolçulara çatdırmaq əsas idi. Gələcəyə ümidlə baxırıq. Yığmaya cəlb etdiyimiz yeni oyunçular da özlərini yaxşı tərəfdən göstərə bildilər".