Rahil Məmmədovun komandası Polşada növbəti məğlubiyyətini alıb
Futbol üzrə Polşa Yüksək Liqasında 22-ci tura start verilib.
Mediasport.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Rahil Məmmədovun formasını geyindiyi LKS "Poqon"un qonağı olub.
Futbolçumuzun 90 dəqiqə meydanda olduğu qarşılaşma Lodz təmsilçisinin növbəti məğlubiyyətilə yekunlaşıb - 2:4.
LKS 10 xalla sonuncu pillədə qalıb.