Ozan Can 90 dəqiqə oynayıb, səfər qələbəsinə sevinib - VİDEO

Ozan Can 90 dəqiqə oynayıb, səfər qələbəsinə sevinib - VİDEO

Futbol üzrə Niderland birinci divizionunda 19-cu turun oyunları keçirilib.

Mediasport.az xəbər verir ki, Azərbaycan milli komandasının futbolçusu Ozan Can Kökçünün çıxış etdiyi "Eyndhoven" növbəti matçına səfərdə çıxıb.

Onlar "Utrext"in ikinci komandası ilə qarşılaşmada böyükhesablı qələbə qazanıblar - 5:2.

90 dəqiqə mübarizə aparan Ozan əsas vaxtın sonuna əlavə edilmiş 3-cü dəqiqədə fərqlənib və qarşılaşmanın yekun nəticəsini müəyyənləşdirib. Yığmamızın üzvü, eyni zamanda, bu oyunda 2 məhsuldar ötürmə müəllifi də olub.

"Eyndhoven" hazırda yarışın turnir cədvəlində 29 xalla 10-cu pillədə qərarlaşıb.