Emin Mahmudov karyerasını bu klubda davam etdirəcək - SON QƏRAR

Emin Mahmudov karyerasını bu klubda davam etdirəcək - SON QƏRAR

Futbol üzrə Azərbaycan milli komandasının kapitanı Emin Mahmudovun yeni mövsümə hansı klubda başlayacağı müəyyənləşib.

31 yaşlı yarımmüdafiəçi çox çək-çevirdən sonra yekun qərarını verib.

MediaSport.az saytının məlumatına görə, Mahmudov karyerasını "Neftçi"də davam etdirəcək.

Təcrübəli futbolçu Rusiya, Türkiyə və Asiya klublarından gələn təklifləri dəyərləndirdikdən sonra seçimini 6 ildir şərəfini qoruduğu "ağ-qaralar"dan yana edib.