"Qarabağ" gözəl futbol oynayır, amma..." - Xorvatiyalı məşqçi

"Qarabağ" gözəl futbol oynayır, amma..." - Xorvatiyalı məşqçi

"Dinamo" (Zaqreb) böyük iş gördü. Onlar dünən Xorvatiya futbolunun əsl siması kimi meydanda mübarizə sərgilədilər".

Mediasport.az xəbər verir ki, bu sözləri futbol üzrə Xorvatiya milli komandasının sabiq üzvü Robert Şpehar deyib.

O, Ağdam təmsilçisinin Zaqreb klubundan zəif oynadığını söyləyib:

"Cari mövsüm avrokubokların təsnifat mərhələsində Xorvatiyanın klub futbolunda nələrin baş verdiyini gördük. "Osiyek" və "Hayduk" zəif çıxış etdilər. "Qarabağ" "Dinamo" ilə keyfiyyət nümayiş etdirməyə çalışsa da, görünür, bizdən daha aşağı səviyyəli oynayır. Təmsilçimiz ilk oyunda 3:0 hesablı qələbə qazanmasına baxmayaraq, baş məşqçi Sergey Yakiroviç komandanı cavab matçına kökləməyi bacarmışdı".

Veteran futbolçu "Dinamo"nun cavab qarşılaşmasında vurduğu ilk qolu belə şərh edib:

"Marko Pyatsa gözəl qol vurdu. Həm də bunu işlək olmayan ayağı ilə etməyi bacardı. Həmin qoldan sonda "Dinamo" artıq UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqəni təmin etmişdi, lakin sona qədər oynamaq önəmli idi. Həqiqətən "Qarabağ" gözəl futbol oynayır, amma hələ "Dinamo" və Çempionlar Liqası səviyyəsində klub deyil".

Xatırladaq ki, mütəxəssis 1992-1996-cı illərdə Xorvatiya yığmasında 8 oyun keçirib.