Qurban Qurbanovla başlanan zəfər yolu - "Qarabağ"da 15 ili tamam oldu

Qurban Qurbanovla başlanan zəfər yolu - "Qarabağ"da 15 ili tamam oldu

Bu gün Qurban Qurbanovun "Qarabağ"ın baş məşqçi olduğu gündən 15 il ötür.

mediasport.az xəbər verir ki, Ağdam klubu bununla bağlı sosial şəbəkə hesablarında paylaşım edib.

Qeyd olunub ki, təcrübəli mütəxəssis 9 avqust 2008-ci ildə komandanın baş məşqçisi kimi debüt edib. Qurbanovun "köhlən atlılar"la ilk matçı Azərbaycan Premyer Liqasında "Bakılı" ilə görüşdə rəsmiləşib.

"Qurban Qurbanovla zəfər yolumuz 15 il əvvəl bu gün başladı! 09.08.2008. “Bakılı” vs “Qarabağ”. Qurban Qurbanovun komandamızın baş məşqçisi kimi ilk oyunu".