Premyer Liqada mövsüm belə yekunlaşdı - Son turdan 2 VİDEO

Premyer Liqada mövsüm belə yekunlaşdı - Son turdan 2 VİDEO

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2022/2023-cü illər mövsümü başa çatdırılıb.

mediasport.az xəbər verir ki, çempionatın 36-cı turunun son iki matçından biri "Bakcell Arena"da, digəri Suraxanı qəsəbə stadionunda oynanılıb.

Turnir cədvəli baxımından nəticələri əhəmiyyət kəsb etməyən qarşılaşmaların ardından - "Azərsun Arena"da qaliblərin və medalçıların mükafatlandırılması mərasimi təşkil olunub.

Turun son görüşlərinin nəticələrindən asılı olmayaraq, mövsümü "Qarabağ" çempion, "Sabah" 2-ci, "Neftçi" 3-cü pillədə bitirib. Turnir cədvəlinin sonuncusu - "Şamaxı" isə, qeyri adi qərar verilməsə, növbəti mövsümü aşağı liqada - Birinci Divizionda keçirməlidir.


Azərbaycan Premyer Liqası. 36-cı tur


“Neftçi” – “Sabah” 1:0

Qol: Emin Mahmudov, 10.

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Eyyub İbrahimov, Fəridə Lütfəliyeva

Hakim-inspektor: Vüsal Əliyev

AFFA nümayəndəsi: Emin Cəfərov

“Bakcell Arena”


“Qarabağ” – “Turan Tovuz” 3:1

Qollar: Redon Cica, 2, Leandro Andrade, 48, Musa Qurbanlı, 72 - Runi Eva, 62.

Hakimlər: Əli Əliyev, Sevda Nuriyeva, Gülnurə Əkbərzadə, Rauf Allahverdiyev

Hakim-inspektor: Barış Şimşek

AFFA nümayəndəsi: Elçin Məmmədov“

Azersun Arena”


1 Qarabağ 36 28 6 2 91-25 90
2 Sabah 36 25 6 5 75-24 81
3 Neftçi 36 20 8 8 63-38 68
4 Qəbələ 36 13 11 12 47-47 50
5 Zirə 36 13 11 12 45-46 50
6 Turan Tovuz 36 10 9 17 36-49 39
7 Sumqayıt 36 8 7 21 26-70 31
8 Kəpəz 36 6 13 17 34-62 31
9 Səbail 36 7 8 21 32-62 29
10 Şamaxı 36 4 13 19 26-52 25

Bombardirlər:

Ramil Şeydayev ("Qarabağ") - 22 qol

Musa Qurbanlı ("Qarabağ") - 21 qol

Coy Lens Mikels ("Sabah") - 17 qol

Emin Mahmudov ("Neftçi") - 17 qol

Aleksey Kaşuk ("Sabah") - 16 qol