"Mançester Siti"nin yetirməsi "Çelsi"nin "qol silahı"na çevrilib
Avropanın TOP-5 liqasında 2024-cü ildə bütün turnirlər daxil olmaqla ən çox qol vuran futbolçuların adları açıqlanıb.
Mediasport.az xəbər verir ki, zirvədə "Mançester Siti" akademiyasının yetirməsi, hazırda "Çelsi"də çıxış edən Koul Palmer yer alıb (19 oyun, 15 qol).
"İlk 5-liy"i Fil Foden ("Mançester Siti", İngiltərə; 16 oyun, 13 qol), Vinisius Junior ("Real", İspaniya; 17 oyun, 12 qol), Erlinq Haland ("Mançester Siti", İngiltərə; 16 oyun, 12 qol) və Olli Uotkins ("Aston Villa", İngiltərə; 18 oyun 12 qol) tamamlayıb.
Xatırladaq ki, Palmer 2020-2023-cü illərdə "Mançester Siti"də çıxış edib.