Afrika Millətlər Kubokunda finalçılar bu gecə müəyyənləşəcək

Afrika Millətlər Kubokunda finalçılar bu gecə müəyyənləşəcək

Bu gün Afrika Millətlər Kubokunda yarımfinalın oyunları keçiriləcək.

Mediasport.az xəbər verir ki, Nigeriya Cənubi Afrika ilə, Fil Dişi Sahili Konqo Demokratik Respublikası ilə qarşılaşacaq.

Həmin matçların qalibləri finalda üz-üzə gələcəklər, məğlub tərəflər isə bürünc medal uğrunda mübarizə aparacaq.

Üçüncülük uğrunda oyun fevralın 11-də, final qarşılaşması isə 12-də keçiriləcək.

Afrika Millətlər Kuboku

21:00 Nigeriya - Cənubi Afrika

00:00 Fil Dişi Sahili - Kondo DR