Ronaldo heyətdən uzaqlaşdırıldı

Ronaldo heyətdən uzaqlaşdırıldı

Kriştianu Ronaldo "Mançester Yunayted"in əsas komandasından uzaqlaşdırılıb.

mediasport.az xəbər verir ki, buna portuqaliyalı ulduzun intizamsız davranışları səbəb olub.

Ronaldo Premyer Liqanın 11-ci turunun "Tottenhem"lə matçında (2:0) meydana sonradan daxil olmaq istəməyib. Bu, azmış kimi, görüşün 89-cu dəqiqəsində stadionu tərk edib.