Məsiyev Avropa çempionatında İsveçrənin oyunununa təyinat alıb
FİFA referisi Elçin Məsiyev növbəti dəfə beynəlxalq oyuna təyinat alıb.
Mediasport.az xəbər verir ki, o, AÇ-2024-ün seçmə qrup mərhələsi çərçivəsində sentyabrın 12-də Sionda keçiriləcək İsveçrə – Andorra qarşılaşmasının baş hakimi olacaq.
Məsiyevə Elşad Abdullayev və Pərvin Talıbov yan xətt hakimləri qismində kömək edəcək. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.
Oyunun VAR hakimi Mete Kalkavan, AVAR-a isə Alper Ulusoy nəzarət edəcək.