Messi yenidən Ərəbistanda

Messi yenidən Ərəbistanda

PSJ ilə müqaviləsi gələn ay başa çatacaq Fransa yığmasının ulduzu Lionel Messi yenidən Səudiyyə Ərəbistanına səfər edib.

mediasport.az xəbər verir ki, "Əl Hilal" klubuna keçəcəyi gözlənilən 35 yaşlı futbolçu Riyad şəhərində ailəsilə birlikdə görüntülənib.

Messi sevgilisi Antonella və uşaqları ilə birlikdə çəkdirdikləri şəkilləri sosial şəbəkə hesabında paylaşıb.

Qeyd edək ki, Leo bir müddət əvvəl PSJ-nin düşərgəsini icazəsiz tərk edərək Səudiyyə Ərəbistanına yollandığı üçün əsas komandadan kənarlaşdırılmış, üzr istədikdən sonra əfv edilmişdi.