29 yaşlı cazibədar ukraynalı Azərbaycan yığmasında - FOTOLAR
Güləş üzrə qadınlardan ibarət Azərbaycan millisinə yeni legioner cəlb edilib.
29 yaşlı ukraynalı Didyak İlona Semkiv artıq bir müddətdir yığmanın düşərgəsindədir.
2018-ci ilə qədər Ukrayna millisinin şərəfini qorumuş güləşçi təlim-məşq toplanışının ardından aprelin 17-dən 23-dək Xorvatiyanın paytaxtı Zaqrebdə təşkil ediləcək Avropa çempionatında ölkəmizin formasını geyinəcək.
İlona millimizin heyətində 53 kq çəki dərəcəsində yarışacaq.
Bu idmançı ilə bağlı maraqlı məlumat onun peşəkar idman aləmindən 4 il diskvalifikasiya olunmasıdır. Avropa ikincisi 2018-ci ildə antidopinq qaydalarını pozduğuna görə bu cəzaya məruz qalıb. Millimizin lideri Mariya Stadnik kimi, İlona da Lvov güləş məktəbinin yetirməsidir. Onun Azərbaycana gəlişinin məhz Stadnikin vasitəsilə reallaşdığı istisna edilmir.
mediasport.az