Prezident İlham Əliyev Türkiyə idmançılarını medalla təltif etdi
Azərbaycan Prezidenti İlham Əliyev Cansu Bektaş, Qamze Altun və Nuray Güngörün “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
mediasport.az xəbər verir ki, sərəncamla İrəvanda keçirilən ağır atletika üzrə Avropa Çempionatında qələbələrini Azərbaycan və Türkiyə arasında sarsılmaz qardaşlıq münasibətlərinin təzahürü kimi Azərbaycana həsr edən aşağıdakı Türkiyə idmançıları “Tərəqqi” medalı ilə təltif edilirlər:
Cansu Bektaş
Qamze Altun
Nuray Güngör.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 aprel 2023-cü il