Kriştianu Ronaldu anasına 200 min avroluq maşın hədiyyə edib

Kriştianu Ronaldu anasına 200 min avroluq maşın hədiyyə edib

Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu anasına doğum günü hədiyyəsi edib.

Mediasport.az xəbər verir ki, "Əl-Nəsr"in dünya ulduzu doğulduğu Madeyra şəhərinə yollanaraq anasına bahalı avtomobil alıb.

38 yaşlı futbolçunun 69 yaşının qeyd edən anasına hədiyyəsi 200 min avro dəyərində qiymətləndirilən yeni model “Porsche Cayenne" avtomobilidir.