Milli komandalarımız Ukraynanın müqavimətini qıra bilməyiblər

  Milli komandalarımız Ukraynanın müqavimətini qıra bilməyiblər

Serbiyada keçirilən Avropanın "Cadet Circuit" turnirində Azərbaycanın yeniyetmə şpaqaçıları da iştirak ediblər.

Mediasport.az xəbər verir ki, qız və oğlan idmançıların şəxsi mübarizəsində ən yaxşı göstərici 133 iştirakçı arasında 14-cü olan Xədicə Həsənliyə məxsusdur.

Xədicə Həsənli, Aynur Quliyeva, Nəzrin Mehdiyeva, Xatun Bayramovadan ibarət millimiz komanda yarışında keçirdiyi ilk görüşdə Bolqarıstanı məğlub edib (45:24).

Ən güclü "səkkizliy"ə yüksəlmək uğrunda keçirilən qarşılaşmada Slovakiya yığmasını mübarizədən kənarlaşdıran millimiz (45:38) yarımfinal uğrunda keçirilən görüşdə Ukraynaya uduzub (29:45).

Mirxətai Məmmədov, Abbas Səmədli, Emin Səfərbəyov, Vahab Fətullayevdən ibarət milli komanda yarışında 6-cı olub.

İlk görüşündə Serbiya üzərində qələbə qazanan yığma (38:24) Şimali Makedoniya ilə matçda qələbə qazanıb (45:41). Komandamız yarımfinala yüksəlmək uğrunda keçirilən görüşdə turnirin qalibi Ukrayna şpaqaçılarına 38:45 hesabı ilə məğlub olub.