Milli komandamız 5-ci matçına çıxacaq - Rəqib turnirin ev sahibidir
18 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisi Gürcüstanın Telavi şəhərində keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında növbəti matçına çıxacaq.
Mediasport.az xəbər verir ki, Cəlil Baxtiozinin çalışdırdığı komanda ev sahibi Gürcüstanla qarşılaşacaq.
Yığmamız əvvəlki turlarda Polşa, Ukrayna, Latviya və Estoniyaya məğlub olub.
Xatırladaq ki, turnirin qalibi AVRO-2024-ün final mərhələsinə vəsiqə əldə edəcək.