Yüksək Liqada 9-cu tur: Sabah 3 qarşılaşma keçiriləcək

Yüksək Liqada 9-cu tur: Sabah 3 qarşılaşma keçiriləcək

Sabah qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 9-cu tura start veriləcək.

Mediasport.az xəbər verir ki, oyunlardan biri 15:00-da, digər ikisi 18:00-da start götürəcək.

Qarşılaşmalar müvafiq olaraq, Gəncə Olimpiya İdman Kompleksində, UNEC Voleybol Komandasının idman zalında və Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq.

Azərbaycan Yüksək Liqası. 9-cu tur

Qadınların mübarizəsi

15:00 "Gəncə" - "Abşeron"

Gəncə Olimpiya İdman Kompleksi

18:00 UNEC - "Murov Az Terminal"

UNEC Voleybol Komandasının idman zalı

18:00 "Azərreyl" - "Milli Aviasiya Akademiyası"

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi