Azərbaycan millisinin baş məşqçisi ictimaiyyətə təqdim olunub
Azərbaycan Voleybol Federasiyasının (AVF) 2023-cü ildəki fəaliyyətinə həsr olunmuş mətbuat konfransı keçirilir.
Mediasport.az saytı xəbər verir ki, "Excelsior Otel"də təşkil olunan tədbirdə qadınlardan ibarət əsas milli komandamızın baş məşqçisi ictimaiyyətə təqdim olunub.
Ataman Güneyligildən boş qalan post federasiyanın vitse-prezidenti Faiq Qarayevə həvalə edilib.
Konfransda gənclər və idman naziri Fərid Qayıbov, AVF-nin prezidenti Şahin Bağırov, vitse-prezident Bəhruz Quliyev, baş katib Faiq Orucov, İdarə Heyətinin üzvləri və media nümayəndələri iştirak edirlər.
Mətbuat konfransının gündəliyinə, eyni zamanda, 2023-cü ilin hesabatı daxil olub.