Milli komandamız tarixində ilk dəfə səfərdə Moldovaya qalib gəldi
Azərbaycan milli komandası Kişinyovda Moldova yığması ilə qarşılaşıb.
mediasport.az xəbər verir ki, Canni De Byazinin komandası tariximizdə ilk dəfə moldovanlara səfərdə qalib gəlib.
Bu, tərəflər arasında 12-ci dueldir. 11 görüşün 2-də Azərbaycan, 4-də Moldova qələbə qazanıb. 5 matçda heç-heçə qeydə alınıb. Bu, milli komandanın son oyunlarda ardıcıl 4-cü qələbəsi olub. Millətlər Liqasında Belarus (2:0), Slovakiya (2:1) və Qazaxıstanı (3:0) məğlub etmişik.
Azərbaycan yığması noyabrın 20-də Şimali Makedoniyanın qonağı olacaq.
Beynəlxalq Yoldaşlıq Oyunu
Moldova - Azərbaycan 1:2
Qollar: Nikita Mospan, 90+2 - Emin Mahmudov, 28, Aleksey İsayev, 42.
Baş hakim: Denis Şurman
Yan xətt hakimləri: Aleksandr Jukov, Viktor Nıjnık
Moldova, Kişinyov, "Zimbru" stadionu, 21:00.
Moldova: 1.Dmitri Çelyadnik. 2.Oleq Ryabçuk, 4.İqor Armaş, 7.Artur Yonitse (k), 10.Yevgeni Koçuk, 11.Vitali Damașkan, 13.Mixail Kaymakov, 14.Yuri Yovu, 17.Daniel Dumbravanu, 21.Yoan-Kelin Revenko, 22.Vadim Ratse.
Ehtiyat oyunçular: 12.Kristian Avram, 23.Dorian Raylyan, 3.Vadim Boloxan, 5.Serciu Platika, 6.Kristian Dros, 8.Nikita Motspan, 9.Mixail Ştefan, 15.Yon Jardan, 16.Viktor Stıne, 18.Marius Yosipoy, 19.Virciliu Postolaki, 20.Mixai Platika, 24.Yaser Tsurkan, 25.Sergey Kleşenko, 26.Serafim Kojokar.
Baş məşqçi: Sergey Kleşenko.
Azərbaycan: 12.Şahruddin Məhəmmədəliyev, 6.Höccət Haqverdi, 8.Emin Mahmudov (k), 11.Ramil Şeydayev, 15.Bəxtiyar Həsənalızadə, 18.Anton Krivotsyuk, 19.Elvin Cəfərquliyev, 20.Riçard Almeyda, 21.Ozan Can Kökçü, 22.Aleksey İsayev, 24.Musa Qurbanlı.
Ehtiyat oyunçular: 1.Emil Balayev, 23.Səlahət Ağayev, 2.Amin Seydiyev, 3.Azər Salahlı, 4.Bəhlul Mustafazadə, 5.Cəlal Hüseynov, 7.Namik Ələskərov, 9.Renat Dadaşov, 10.Mahir Əmrəli, 13.Anatoli Nuriyev, 14.Ceyhun Nuriyev, 16.Elvin Camalov, 17.Toral Bayramov, 25.Rövlan Muradov, 26.Qismət Alıyev.
Baş məşqçi: Canni De Byazi.